Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Matrislər asantdı #1

Matrislər asantdı #1

Matrisa elementlərdən ibarət olan düzbucaqlı cədvəldir. Çox vaxt elementlər adi ədədlərdir.

Matrislər adətən böyük latın hərfləri ilə işarələnir : A, B, C … Bəzi hallarda aşağı indekslə: D₁, D₂ , D₃ ...

Məsələn: İkiyə üç matrisi:

Bu matrisa 3 sətrdən ibarətdir:

Və 2 sütundan ibarətdir:

Məsələn : yuxarıdaki vərilən 3x2 ölçülü matrisdir. Əvvəlcə sətirlərin sayı, sonra isə sütunların sayı.

Əgər matrisin sətir və sütunlarının sayı eynidirsə, kvadrat matris adlanır.

Bir sütunlu matris çox vaxt sadəcə sütun vektoru və ya sütun matris adlanır və bir cərgəli olan matrisə çox vaxt sadəcə sətir vektoru və ya sətir matris deyilir.

Məsələn:

Əgər matrisin bütün elementləri sıfıra bərabərdirsə, belə bir matris sıfır matrisi adlanır. Bundan başqa, onun ölçüləri istənilən ola bilər. Sıfır matrisi istənilən ölçüdə ola bilər.

Мəsələn:

Bəzən "teta" hərfi sıfır matrisini işarələmək üçün istifadə olunur.

Vahid matrisi həmişə kvadrat matrisdir. Əsas diaqonalda birlər, qalan yerlərdə isə sıfırlar var:

Əsas əməllər

Matrisdən mənfi işarəsini çıxarılması

Bu əməl mənfi ədədləri azaltmaq üçün işlədilir.

Toplama

Yalnız EYNİ ÖLÇÜDƏ olduqda toplama əməli edilə bilər.

Məsələn: D₁ və D₂ toplanması

Skalyara (ədədə) vurma

Matrisə kəsr daxil etməyə ehtiyac yoxdur, bu, yalnız matrislə sonrakı əməlləri çətinləşdirir. 

Bundan əlavə, matrisin hər bir elementini mənfi 2 BÖLMƏYİN. Burada ancaq mənfi işarəsini matrisə salmaq olar.

Lakin matrisin BÜTÜN elementləri qalıqsız 2-yə bölünə bilsəydi, onda bölmək lazımdır.

Transponirə etmə

G matrisinin bütün sətirləri ilə sütunlarının yerlərinin dəyişdirilməsiylə (nömrələrini saxlamaqla) GT matrisi alınır:

Məsələn:

6
Müəllif
Şərhlər